Cəmiyyət

Sosial proqramlarda iştiraka imkan verməyən “pay torpağı” əngəli aradan qalxır

“Ölkəmizdə reallaşmaqdan olan və 1.5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcək.  Mühim məqamlardan biri də əmək haqqı, müvainət və digər artımların özəl sektora və kənd təsərrüfatında çalışanların sosial vəziyyətinə necə təsir göstərməsidir”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sosial paketin icrası yalnız dövlət sektorunda çalışanlar üçün deyil, həmçinin özəl sektoru üçün də vacib hesab olunur:
“2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək. Bu isə ondan xəbər verir ki, gələn il büdcədən ayrılacaq hər 2 manatdan təxminən 1 manatı sosial sferaya yönəldiləcək. Bu sosial istiqamətə 14 milyard manata yaxın vəsaitin ayrılması anlamına gəlir. Sosial ayırmaların atması ishehlakı artıracaq və bu da özəl sektorun, xüsusən də xidmət, içtimai iaşə, turizm və s. sferaların dövriyyəsinin artması baxımdan vacibdir. Çünki maaş artdıqca istehlak da artır və nəticədə bu da özəl sektorunun gəlirlərini çoxaldır. Bu, həmçinin özəl sektorda çalışanların maaşlarının artması və yeni iş yerlərinin artırılması baxımdan da maliyyə bazası formalaşdırır”.
 
Deputat bildirib ki, minimum əmək haqqı sadəcə dövlət sektorunda çalışanlar üçün deyil, bütövlükdə ölkə üzrə tətbiq olunur:
“Bu isə o deməkdir ki, özəl sektorda da gələn aydan 300 manatdan az əmək haqqı vermək mümkün olmayacaq.
Sosial paket aqrar sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir. Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Yəni, əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka maneə olan “pay torpağı sahiblik” artıq əngəl olmayacaq. Pay torpağı olanlar da pulsuz aktivlərə, o cümlədən sosial iş yerlərinə müraciət edə biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək”.
Vüqar Bayramov əlavə edib ki, dövlət sektorunda əhatəli sosial proqramlar özəl sektorun inkişafına da xüsusi təkan verir:
“Bu baxımdan, gələn il Azərbaycan istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button