Cəmiyyət
Şəhidin adına abidə – bulaq kompleksinin açılışı olub
Masallı rayonunun Mollaoba kəndində şəhid Bəxtiyar Qurbanəli oğlunun 50 illik yubileyi münasibətilə onun adına inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.
Jamaz.info xəbər verir ki, açılışda şəhidin döyüş yoldaşları, adını daşıdığı məktəbin müəllim və şagirdləri, həmçinin qonşu kəndlərin sakinləri, ziyalılar iştirak ediblər. Abidə-bulaq kompleksi, şəhid ailəsinin vəsaiti hesabına inşa edilib.
Bəxtiyar Qurbanəli oğlu 1973-cü il aprelin 22 – də Masallı rayonunun Mollaoba kəndində anadan olub. 1992- ci ildə ermənilərə qarşı Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin ailəsi açılışa qatılanların hər birinə, abidənin layihəsini təmənnasız olaraq hazırlayan memar Rəşad İbrahimova təşəkkürünü bildirib.
Ruhu şad olsun.