Cəmiyyət
Şəhid oğlu və Qazi dənizdə batdı
İyulun 28-i axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub. Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Axtarışlar davam etdirilir.
Qeyd edək ki, xəzər dənizində batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur. Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən Müharibəsi qazisidir.