Cəmiyyət

Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin pərdəarxası: Bakının belə bir öhdəliyi yoxdur

Rusiyaa Azərbaycanla əlaqələrə kölgə salan xətt üzrə irəliləyir, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir. Eyni zamanda, son zamanlar Rusiya mediasında da anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. Rusiya XİN-in son açıqlamaları onu göstərir ki, bu xətt təsadüfi deyil.

Jamaz.info xəbər verir ki, bu sözləri millət vəkili Rasim Musabəyov Publika.az-a açıqlamasında deyib. O bildirib ki, bu gün Rusiya Azərbaycanın apardığı müstəqil siyasətdən həm narazı, həm də narahatdır:

“Rusiya-Ukrayna müharibəsinə görə çətin vəziyyətdədir. Buna görə də özünə dəstək axtarır. Lakin beynəlxalq hüquqa zidd hərəkətlər edir. Bunun müqabilində də Azərbaycandan dəstək gözləyir. Amma çox nahaq. Azərbaycanın Rusiya qarşısında belə bir öhdəliyi yoxdur. Yəni Rusiyanın hansısa iddialarla Azərbaycana qarşı çıxış etməyə hüquq əsasları yoxdur. Ancaq informasiya təzyiqləri verməklə məşğuldur”.

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra çoxlu informasiya təzyiqləri görüb:

“Amma Rusiya bilmir ki, Azərbaycan rəhbərliyinin səbri və iradəsi möhkəmdir. Cəmiyyətimiz isə hər şey görüb, ona görə də bütün baş verə biləcəklərə hazırdır. Belə informasiyalarla ölkəmizə qarşı nəyəsə nail olmaq qeyri-mümkündür.

Beynəlxalq öhdəliklər çərçivəsində Azərbaycan Rusiya ilə münasibətlər qurub və onları qorumaq niyyətindədir. Artıq yuxarıdan aşağı baxmaq siyasətinin dövri bitib. Nə Rusiya əvvəlkidir, nə də Azərbaycan. Azərbaycan qüdrət sahibi və özünə güvənən dövlətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button