
Cəmiyyət
Rusiya ordusunun zabiti Qarabağda minaya düşərək öldü
Rusiya ordusunun zabiti Dağlıq Qarabağda – Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar erməni hərbçilər tərəfindən basdırılıb.