
“Proseslərdə Ermənistanı heçə sayırlar”
“Status məsələsinin qeyri-müəyyənliyi Qarabağ üçün daha təhlükəlidir. Bu birbaşa Qarabağın təhlükəsizliyi ilə bağlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni ekspert Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş razılaşmanın müddəti 5 illikdir. “Həmin 5 il bitdikdən sonra status məsələsi həll olinmasa, bizi yenə müharibə təhlükəsi gözləyəcək. Beləcə, probelm onillər boyu yenə davam edəcək”.
Lakin Abramyan maraqlı məqama diqqət çəkib. O deyib ki, noyabrın 10-da əldə edilmiş razılaşmada problemin üç ölkə arasında həlli qeyd olunur. “Amma görünən odur ki, bizə aid olan məsələri Ermənistanla deyil, Azərbaycanla, Türkiyə, İran və digər dövlətlər Rusiya ilə müzakir edir, qərar verirlər. Ermənistan sanki bu prosesdə yoxdur. Heç saymırlar”.