
Cəmiyyət
Peskov: “Qarabağda müharibəni Putin dayandırdı”
“Dünya müharibəsinin olması mümkün deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu fikiri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, yeni dünya müharibəsini önləyən əsas amil plkələr arasında nüvə silahlarının paritet olmasıdır. “Allaha şükür ki, nə qədər nüvə silahı paritet əsasda mövcuddursa, müharibə olmayacaq. Bu dünyanı müharibədən qoruyur. Hərçənd qorxulu müharibələr burunumuzun dibində baş verir. Böyük dövlətlər də bu müharibələrin dayandırılması üçün məsuliyyəti üzərlərinə götürürlər. Necə ki, bunu Putin elədi. O, Qarabağda müharibəni dayandırdı”.