Cəmiyyət

Naxçıvanda xidmət rəisi işdən azad olundu

Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi Səyahət İmanovun işdən azad olunduğu bildirilir.
Jamaz.info
 APA-ya istinadla xəbər verir ki, bununla bağlı sərəncam imzalanıb.
Artıq bu vəzifəyə yeni təyinat da var. Belə ki, Zəka Seyidov Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən, Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button