Cəmiyyət

Müdafiə nazirinin iki müavin postu ləğv edilib

Müdafiə nazirinin iki müavin postunun ləğv edildiyi bildirilir.
Jamaz.info
 xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi postları nazirin müavinləri idi.
Lakin dəyişikliklərə görə, hər iki post ləğv edilib və nazir müavini siyahısından çıxarılıb.
Məlumat üçün bildirək ki, Nazirliyin rəsmi saytında rəhbərlik haqqında məlumat hissəsində sözügedən nazir müavinləri postları çıxarılıb.
Qeyd edək ki, general-polkovnik Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini, şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Nazir müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button