Cəmiyyət

Metroda maşinist iş başında öldü

“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı məlumat yayıb.

Jamaz.info xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib.

“Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır”, – Bəxtiyar Məmmədov vurğulayıb.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal” metrostansiyasında təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button