Cəmiyyət

Məktəblərin bağlanması ilə bağlı qərar verilib? – Açıqlama

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, hava şəraiti dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib:

“Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı rəsmi qərar verilməyib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button