Cəmiyyət

Məktəb direktoru itən jurnalı nazirlikdən gizlədib? (Foto)

Xırdalan şəhər 2 nömrəli tram orta məktəbin rus bölməsinin 5 M sinifinin 2022-2023-cü tədris ilinə aid dövlət sənədi sayılan jurnal, iyun ayında itdikdən bir müddət sonra Xırdalan şəhər ərazisindəki zibilxanadan tapılıb. Jurnal itdikdən sonra sözügedən məktəbin direktoru Gülnaz Kərimova mövcud qaydada bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verməli olduğu halda faktı nazirlikdən gizlədib. O, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri işləyən yaxın qohumu İlhamə Abdullayev vasitəsi ilə yeni sinif jurnalı alıb və onu müəllimlərə əvvəlki tarixə yenidən dolduraraq, bu itmə faktını ört-basdır etməyə çalışıb. Halbuki jurnal itən zaman prosedur qaydaya əsasən Elm və Təhsil Nazirliyinin komissiyası məktəbə gəlib araşdırma aparmalı və sonra isə üstündə “dublikat” yazılmış yeni əvəzedici jurnal verilməli idi. Bir qayda olaraq bu cür hallarda məktəb direktoru mütləq cəzalandırılır və ona nazirlik tərəfindən rəsmi qaydada töhmət verilir. Gülnaz Kərimova isə qurduğu bu əməliyyatla özünü töhmət almaqdan sığortalaya bilib. Direktor Gülnaz Kərimova məktəbdə dərslər bitdikdən sonra Almaniyaya istirahətə gedərkən müəllimlərin dərs yükü barədə onlara məlumat verməyib. Halbuki Əmək Məcəlləsinə əsasən müəllimlər 01.07 2023-cü il tarixində məzuniyyətə gedərkən dərs yükləri onlara bildirilməli idi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button