Cəmiyyət
Kopırkin: “Kommunikasiyaların açılması çox vacibdir”
“Üçtərəfli işçi qrupu tərəfindən müzakirə olunan kommunikasiyaların bərpa edilməsi prosesi regionda uzunmüddətli təhlükəsizlik üçün olduqca əhəmiyyətlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Onun sözlərinə görə, Rusiya rəhbərliyinin ciddi səyləri nəticəsində Qarabağda hərbi əməliyyatlar dayandırılıb, orada yaşayan əhalinin normal yaşayışa dönməsi üçün bütün addımlar atılır. “Bu çox çətin və mürəkkəb proses idi. Lakin bölgədə təhlükəsizliyi və rifahı təmin etmək üçün zəruriydi. Hazırda Dağlıq Qarabağda dinc yaşayış bərpa edilib və onun möhkəmlənməsi istiqamətində işlər görülür”.