Cəmiyyət

İnsan hüquq və azadlıqlarının qorunması sahəsində maarifləndirmə aprılacaq

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktiv Gənclər Təşəbbüsü” layihəsinin icrasına başlayıb.  Layihə insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmlərinin gənclər arasında təşviqi,  gənclərin mərkəzi və yerli icra  icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuralara,  Ombudsmana, Korrupsiyaya Qarşı Mübrizə Baş İdarəsi,  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti,  Məhkəmə Hüquq Şurası, millət vəkilləri ofislərinə müraciət, inzibati şikayət lə bağlı mövcud prosedur və qaydalar barədə  məlumatlandırılmasını, bilik və bacarıqların artırılmasını nəzərdə tutur.

“Tolerantlıq” Sosial Araşdırmalar İB-yi məlumatlandırıcı xarakterli məqalələrin dərci, video təlimatların hazırlanması  və 2 onlayn mühazirə keçirilməsini təmin edəcək.  Layihənin əsas  məqsədi insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmlərinin təşviqi bu barədə gənclərin məlumatlandırılmasıdır.  Layihənin icra müddəti 3 aydır.

 

 

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button