Dünya

Ukrayna ordusu rusları biabırçı vəziyyətə salıb: İki tank vurulub, bir tank qənimət götürülüb – VİDEO

Sumi vilayətində yerli özünüidarəetmə orqanlarının əməkdaşları əliyalın şəkildə rus tankını qənimət götürüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə vilayətin rəhbəri Dmitri Jviçski bildirib.

O deyib ki, hadisə bu gün səhər saatlarına baş verib. Belə ki, admnistrasiyanın bir neçə əməkdaşı əliyalın şəkildə rus tankını girov götürüblər. “Sumi Admnistrasiyasının texnika parkına daha bir tank əlavə olunub. Admnistrasiyanın əməkdaşları əliyalın rus tankını qənimət götürüblər. Müharibədən sonra həmin tankla əkin sahələrini şumlamağı düqşünürük”.

Xarkovda isə yerli polis əməkdaşları iki rus tankını məhv ediblər. Məlumata görə, Derqaçevski rayonunda hərəkət edən rus hərbi texnikası yerli polis tərəfindən sıradan çıxarılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button