Cəmiyyət

İlkin Rüstəmzadə təhdid olunduğunu, DİN isə araşdırmalara başladığını deyir

Xəbər verildiyi kimi, bloger İlkin Rüstəmzadə və yaxınları təzyiqlərə məruz qaldığını deyir. Bu barədə Meydan TV-yə danışan İlkin Rüstəmzadə bildirib ki, mayın 31-də bacısı Türkan Rüstəmzadəni Əhmədli qəsəbəsində evə gələndə hədələyiblər: “Tanımadığı bir nəfər bacımın ağzından tutub deyib ki, qardaşın ağıllı olsun, gələn dəfə xəbərdarlıq etməyəcəyik”.

İ.Rüstəmzadənin sözlərinə görə, bir həftə əvvəl ona dindarlardan təhqirdolu hədələr gəlib: “Halbuki mən dini yox, İranı tənqid etmişdim. Bir həftə sonra bacıma qarşı bu hadisə şübhəli görünür”.

İ.Rüstəmzadə bir həftə əvvəl Daxili İşlər Nazirliyinə şikayət etdiyini, hələ reaksiya almadığını bildirib. axili İşlər Nazirliyindən isə bildiriblər ki,  “Nida”çı gənc İlkin Rüstəmzadənin bacısı vasitəsilə təhdid edilməsi ilə bağlı araşdırmalara başlayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş İlkin Rüstəmzadənin sosial şəbəkə üzərindən etdiyi müraciət nəzarətə götürülüb: “Bütün müraciətlərin operativ araşdırıldığı kimi vətəndaş İlkin Rüstəmzadənin də müraciəti nəzarətə götürülüb. Onu təhdid edən və ya edənlərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button