Cəmiyyət

İki qurum birləşdi – Rəhbər kim olacaq?

Xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsinə qərar verilib. Eyni fəaliyyətlə məşğul olan iki ittifaqın birləşməsi təklifi Rasim Balayevdən gəlib. Şəfiqə Məmmədova həmkarının təklifinə müsbət reaksiya verib. Nəticədə tərəflər bu gün keçirilən ümumi iclasda birləşmək qərarına gəliblər.

Bəs, birləşən qurumlar hansı ad altında fəaliyyət göstərəcək və rəhbər kim olacaq?

Jamaz.info xəbər verir ki, bu barədəModern.az-a açıqlama verən Xalq artisti Rasim Balayev bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində işlər gedir.

“İttifaqın adı və sədrin kimliyi ilə bağlı işlər gedir. Ümumi qərardan sonra bizə məlumat veriləcək. Daha sonra toplantımız olacaq. Vahid ad altında birləşən təşkilatların sədrliyinə kimin gələcəyi daha sonra məlum olacaq, hazırda bununla bağlı konkret fikir bildirmək olmaz”, – deyə Xalq artisti vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button