Cəmiyyət

Göyçay İcra Hakimiyyəti: “Şahmar Şamilova 250 manat yardım edilib”

Ötən gün Göyçay sakini Şahmar Şamilov redaksiyamıza müraciət edərək, evsiz qaldığını və işlə təmin olunmadığını yazmışdı. JAMAZ.İNFO xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi kirayədə qaldığını və iki uşaqğının doyunca yemək yemədiyini də bildirmişdi.

O, həmçinin qeyd etmişdi ki, üzləşdiyi problemlə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib.

Göyçay rayon İcra Hakimiyyətindən JAMAZ.İNFO-ya bununla bağlı bildirilib ki, Şahmar Şamilova 2022-ci ilin aprel, iyul, dekabr və 2023-cü ilin may aylarında kirayə haqqının ödənilməsi üçün ümumilikdə 250 manat məbləğində maddi yardım edilib. “Rayonda mövcud olan mənzil fondunun böyük əksəriyyəti xüsusi mülkiyyətə aiddir. Dövlət mənzil fondunda boş yaşayış sahəsi olmadığından, həmçinin vətəndaşların mənzillə təmin olunması növbəlilik qaydasında həyata keçirildiyi üçün Şahmar Şamilovun yaşayış sahəsi ilə təmin olunması məsələsinə baxılması mümkün olmamışdır”.

İcra Hakimiyyətindən o da bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. “Bu məsələlərlə bağlı Nazirlikdə komissiya fəaliyyət göstərir. Veteran adının verilməsi məqsədilə vətəndaşa qeyd edilən dövlət orqanına müraciət etməsi tövsiyə edilmişdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button