Cəmiyyət

Ermənistanda saxlanılan əsgərimiz anası ilə danışdı – Video

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşən, daha sonra isə Ermənistanda saxlanılaraq həbs edilən Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov ailəsi ilə əlaqə saxlayıb.
Jamaz.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.


Əlaqənin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutduğu bildirilir.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda saxlanılıb və onlara cinayət işi açılıb.
Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.(yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button