Cəmiyyət

DTX və DİN Laçında əməliyyat keçirdi

Laçın Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Laçında birgə tədbirlər keçirib, çətənə bitkiləri aşkarlanıb.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.aza Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın RPŞ-nin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button