Cəmiyyət

Dini mərasimə qatılan azyaşlıların valideynləri cəzalandırıldı

Naxçıvanda dini mərasimə qatılan azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.

Jamaz.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

Həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”, – məlumatda deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button