
Cəmiyyət
Dərslər niyə həftədə 3 dəfə keçiriləcək? – Nazirlik açıqladı
Təhsil Nazirliyi ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirib. Qaynarinfo-nun xəbərinə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə keçiriləcək.