
“Çinar” vokal-xoreoqrafik rəqs ansambılının 25 illik yubiley-konserti keçirilib
23 mart tarixində Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” vokal-xoreoqrafik rəqs ansambılının 25 illik yubiley-konserti keçirilib.
Jamaz.info xəbər verir ki, eyniadlı mədəniyyət mərkəzinin nəzdində yerləşən “Çinar” rəqs ansambılı 1998-ci ildən fəaliyyət göstərir. Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Xeyransa Mirzoyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılan, fəaliyyət göstərən ansambl bu illər ərzində təkcə Sankt-Peterbuqda deyil, Rusiyanin müxtəlif şəhərlərində, hətta Rusiya hüdudlarından kənarda da Azərbaycan musiqisinin, incəsənətinin ən fəal təbliğatçısı, yüzlərlə mükafatların sahibi, yarışmaların qalibi olub. Peterburqun böyük konsert zallarından birində keçirilən yubiley – konsertdən öncə tamaşaçılar, Azərbaycan milli mədəniyyətini, adət-ənənələrini əks etdirən sərgi ilə tanış olublar. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, novruz atributlarından olan milli şirniyyatların bəzədilməsi nümayiş olunub. Tədbirdə Sankt-Peterburqda millətlərarası münasibət və miqrasiya siyasəti üzrə komitənin nümayəndəsi Frolov Andrey Sergeyeviç, müxtəlif xalqların mədəniyyət qurumlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının üzvləri, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun humanitar işlər üzrə konsulu Rəhim Rəhimzadə iştirak ediblər. Qonaqlar çıxışlarında ansambılın Sankt-Peterburqun mədəni həyatında xüsusi yeri olduğunu vurğulayıb, “Çinar” ailəsinə uğurlar arzulayıblar.
“Mir” telekanalı ansambılın bədii rəhbəri Xeyransa Mizoyevadan müsahibə alaraq konsert haqqında reportaj yayımlayıb.