Cəmiyyət

Bu il nəticələr çox yaxşıdır – Ekspert tənqidlərlə razılaşmadı

“Bu il istər buraxılış imtahanları, istərsə də blok imtahanları tam şəffaf və obyektiv şəkildə keçirilib”.

Jamaz.info xəbər verir ki, bunuModern.az-a təhsil eksperti Elçin Əfəndi bəzi həmkarlarının imtahanlarla bağlı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

O ixtisas qrupları üzrə imtahanları müqayisə edərək, qəbul prosesinin yaxşı keçdiyini bildirib:

“Builki qəbul imtahanları, istər buraxlış imtahanları, istərsə də blok imtahanları tam şəffaf və obyektiv formada keçirildi. Buraxlış imtahanlarında bəzi xoşagəlməz hallar Azərbaycan dili və Riyaziyyat fənlərində qeydə alındı. Buna baxmayaraq, Dövlət İmtahan Məkəzinin apellyasiya komissiyası fəaliyyət göstərirdi. Abituriyentlərə imkan yaradıldı ki, hər hansı sualda səhv varsa baxılsın, həmin suallar əsasında onların qiymətləndirilməsi yenidən həyata keçirilsin. Eyni zamanda blok imtahanları artıq yekunlaşıb, qarşıda 2 və 3-cü qruplar üçün apellyasiya prosesi  gedir. 1 və 4-cü qrupların imtahanlarının nəticələri emal prosesindədir. Yəqin ki, növbəti ayın 7-8-i  cavabları bəlli olacaq, sonra apellyasiya prosesi başlayacaq. Ümumilikdə qiymətləndirsək, blok imtahanlarının nəticələri çox yaxşıdır. Lakin ikinci qrupların nəticələri ötən illərlə müqayisədə yaxşı deyil”.

Ekspert cari tədris ilində maksimal bal toplayanların olmamasını imtahanlardakı açıq tipli suallarla əlaqələndirib.

“Əvvəlki illərdən fərqli situasiya olmadı. Sualların səviyyəsində ildən-ilə təkmilləşmə aparılır, sualların qoyuluşu dəyişdirilir. Təbii ki, abituriyentlər daha diqqətli olmalıdır. İmtahanın ikinci cəhdində birinciyə nəzərən bəzi abituriyentlər nəticələrini artırdılar, bəziləri isə əksinə. Eyni zamanda kəskin bal artımı baş verdi. İkinci cəhd imtahanında birinciyə nisbətən yüksək bal toplayanların sayı çox oldu. Bu isə bəzi imtahanların keçid ballarına təsir edəcək. Maksimal bal toplayanların olmamasına görə, ümumi qiymətləndirmə apara bilmərik. Bir nəfər maksimal nəticə əldə etməyibsə, bu, o demək  deyil ki, təhsil göstəriciləri aşağıdır. Bunun səbəbi blok imtahanlarında açıq yazılı sualların olmasıdır. Belə sualların cavablandırılması abituriyentlərdən daha çox diqqət tələb edir və buraxılmış adi bir səhv nəticələrə təsir edir.

Buraxlış imtahanlarında maksimal 300 balın olmaması blok imtahanında da maksimal 400 bal olmayacağı anlamını verdi. Nəticədə blok imtahanları strateji imtahandır, qapalı tipli suallarda 4 cəhd bir yanlış cavaba təsir etmiş oldu. Hər fəndən 22 qapalı tipli sual olmaqla ümumilikdə 66 sual təqdim olunur. Burada bir səhv cavab doğru cavaba təsir edir. Bu faktlar maksimal bal toplayanın olmamasına təsir edir. Abituriyentlər artıq 5 ildir ki, bu qaydada imtahan verir. Növbəti illərdə prosesə uyğunlaşma olduqdan sonra maksimal nəticə göstərən abituriyentləri də görə biləcəyik”.

Qeyd edək ki, bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. May ayında start verilən imtahan prosesi iyunda yekunlaşıb. İki mərhələdə təşkil olunan qəbul imtahanlarında 700 ballıq rekord nəticə qeydə alınmayıb. Bəzi ekspertlərin fikrincə, imtahan suallarının çətin olması abituriyentlərin yüksək bal toplamasına əngəl olub. Bir neçə təhsil eksperti ümumilikdə imtahanların nəticələrindən narazı qaldıqlarını bildiriblər.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button