![](https://jamaz.info/wp-content/uploads/2021/10/1633688955_61601a324ebb261601a324ebb41633688114c17634e1a5406edb1338c74c2fa65b2c-780x450.jpg)
Cəmiyyət
Azərbaycanda vəzifəli şəxs iş otağında qətlə yetirildi
Goranboyda qətl hadisəsi baş verib.
JAMAZ.info APA-ya istinadla xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.
Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.