Cəmiyyət
Arayik Xankəndidə mitinq təyin elədi: “Hər şeyi danışacam”
Özünü qondarma “DQR”in “prezidenti” elan etmiş Arayik Arutyunyan bu gün saat 18:00-da Xankəndidə mitinq təyin edib. JAMAZ.İNFO xəbər verir ki, “Diriliş” meydanında keçiriləcək aksiya ilə bağlı Arayik özü açıqlama verib.
O deyib ki, daxildə ciddi siyasi gərginlik var. “Qarabağda son günlər bir sıra problemlər yaşanır. Ona görə də, hamını bu gün saat 18:00-da “Diriliş” meydanına çağırıram. Orada hər şeyi müzakirə edək”.
O bildirib ki, həmin mitinqdə müharibədən başlamış təhlükəsizliyə, sosial-iqtiasdi problemlərdən tutmuş Ermənistanın Qarabağa olan münasibətinə qədər hər şeyi açıqlayacaq.
Xatırladaq ki, dünən bir qrup Xankəndi sakini etiraz akisyası keçirib. Onlar Arayik Artyunyanın istefa verməsini tələb ediblər.