
Cəmiyyət
Aqil Hümmətova hökm oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümmətova hökm oxunub. JAMAZ.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi ittihama görə, Aqil Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.
Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
AXCP-dən isə bildiriblər ki, rəsmi orqanların ittihamı qondarmadır və siyasi sifarişdir. Partiya hesab edir ki, Aqil Hümbətovun həbsi hakimiyyəti sərt tənqid etdiyinə görə, siyasi sifariş əsasında həyata keçirilib.