![](https://jamaz.info/wp-content/uploads/2022/02/4-2-780x450.jpg)
Cəmiyyət
AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşdi
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək. APA-nın xəbərinə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.
AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.
Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.