Cəmiyyət

Abıyevdən haqqındakı iddialara reaksiya: “Allah haqqı yalandır…”

“O göydəki Allah haqqı, bunlar hamısı yalandır. Heç biri həqiqəti əks etdirmir, hamısı şayiədir, yalandır, uydurmadır. Qərəzli fikirdir, belə bir hal yoxdur”.
Jamaz.info
 xəbər verir ki, vəzifədən azad edilmiş Daşkəsənin keçmiş icra başçısı Əhəd Abıyev Müsavat TV-də ona məxsus olduğu iddia edilən mülklər barədə danışarkən deyib.
Mülklərinin siyahısının yayılmasından danışan Əhəd Abıyev bildirib ki, həmin siyahı başdan-ayağa yalandır və heç bir həqiqəti əks etdirmir. Əhəd Abıyev qohumlarının vəzifədə olması haqqında yazılanları da şayiə adlandırıb:
“Yazırlar ki, qardaşı Daxili İşlər Nazirliyində işləyir – yalandır, “gömrük”də işləyir – yalandır. Deyilənləri yoxlatdırın, görün mənim qardaşım “Telekom”un rəisidir, DİN-də, “gömrük”də işləyir? Sumqayıt Şəhər Məhkəməsində mənim qardaşım oğlu hakim deyil. Mənim bu dəqiqə vəzifədə elə bir qohumum yoxdur. Həmin əmlaklar, mülklər də yalandır. Əgər biri həqiqəti əks etdirirsə, mən onu ona (məlumatı yayan şəxsə – red.) bağışlamağa hazıram. Mənim yaşadığım ev var, bir də mənə Milli Məclisdən verilmiş 4 otaqlı ev. Bəli, 2 evim var. Obyektlər, istirahət mərkəzləri – bu barədə qəti söhbət ola bilməz. Yalandır, qərəzli yazıdır, böhtandır. Mənim Daşkəsəndə 1 kvadratmetr özəl şəxsi yerim yoxdur. Bütün rayon da bilir. Yazırlar Nabranda… Mən heç Nabranda 20 ildir olmuram, görməmişəm də. Deyirlər, mənim Qubada, Xaçmazda, Nabranda evlərim var. Mən Nabranın harda olduğunu bilmirəm. Çünki bu adətdir, iqtidarda olan vəzifəli şəxslər işdən çıxan kimi “srazu” maddi maraqla öyrədilmiş şəxslər belə şeylər yazırlar. Bəs yaxşı, bu mülkləri işdən çıxmamışdan əvvəl niyə demirdin?”

Qeyd edək ki, iyulun 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vəzifəsindən azad edilib. Müvafiq sərəncamdan bir müddət sonra sosial şəbəkələrdə Əhəd Abıyevə məxsus olduğu iddia edilən çoxsaylı əmlakların siyahısı dərc olunub.
İyulun 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button