Cəmiyyət
Əməkdar artist açıq əməliyyat olunmasına icazə vermədi (FOTO)
Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyev əməliyyat olunub.
Bunu rejissorun özü deyib.
Rejissor açıq əməliyyatdan imtina etdiyini bildirib:
“Həkimlər açıq əməliyyat tövsiyə etdilər, amma imtina elədim. Ərizə yazıb stend qoymağa icazə verdim. Üst damarıma 4 stend qoydular, özümü yaxşı hiss edirəm. Normalam, bir az ağrılarım var, damarın tikildiyi yerlər ağrıdır. Nəfəs darlığım yoxdur. Hazırda evə getməyə hazırlaşıram”.
Qeyd edək ki, bir müddət öncə Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin vəziyyəti ağırlaşıb. Müayinə zamanı həkimlər ona ürəyində problem olduğunu və açıq əməliyyat olunacağını bildirib.