
Erməni nazir: “Qafan-Gorus yolundan istifadədən imtina etməyəcəyik”
“Ermənistanın cənubunda çəkilən alternativ yolun inşası davam edir. Lakin Gorus-Qafan yolunun da bizim üçün ləğv ediləcəyi mümkün deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl Sünikdə olub. Əvvəlcə Tatev-Ağvan yolunun tikintisi ilə tanış olub. Daha sonra isə Gorus-Qafan yolundakı vəziyyətlə maraqlanıb. “Mən Gorus-Qafan yolunda vəziyyətlə tanış oldum. Orada heç də deyilən kimi, qeyri-adi vəziyyət yoxdur. Hərçən bu ərazi mübahisəli zona kimi təqdim edilir. Lakin Qafan-Gorus yolu bizimdir. Sisiandan Qafana çəkilən Tatev-Ağvan yolu isə yaxşı alternativdir. Sərhədlərin müəyyən edilməsi uzun vaxt aparan və çətin işdir. Lakin davamlı olaraq insidentlərin olmamasına çalışmaq lazımdır”.