Siyasət

Ermənistan üçtərəfli komissiyanın işində iştirakını niyə dayandırdı?

“Münasibətlər gərgindir. Ermənistana Azərbaycan tərəfindən təzyiqlər edilir. Özlərində bu təzyiqlərə qarşı müqavimət göstərməyə güc tapa bilmirlər”. Bunu Qaynarinfo-ya açıqlamasında Zərdüşt Əlizadə Ermənistanın regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırmasını şərh edərkən deyib.
Onun fikrincə, seçki ərəfəsində təzyiq qarşısında geri çəkilməmək üçün başqa bir addıma əl atıblar, əməkdaşlıq çərçivələrini dondurublar: “Bu çərçivələrdən biri də üçtərəfli Baş nazir müavinlərinin nəzdində yaradılmış konkret sahələr üzrə komissiyaların işinin dondurulmasıdır. Bu proses seçkidən sonra bərpa olunacaq. Seçkidən sonra hakimiyyət məsələsi müəyyənləşsə, sabit bir hökumət qurulsa, ondan sonra 3 tərəfli sazişin müddəalarına əsasən işçi qruplarından yaradılmış komissiyalar işə başlayacaq”.
Qeyd edək ki, Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button