Cəmiyyət

Erməni nazir: “Tavuşda bir qarış da Azərbaycan torpağı yoxdur”

“Ermənistanın Tavuş əyaləyində Azərbaycana məxsus bir qarış da torpaq yoxdur. Orada Azərbaycana aid “anklav” da mövcud deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın yüksəktexnlogiyalar və sənaye naziri Ayk Çobanyan deyib.

O bildirib ki, Tavuş vilayəti ilə kimin nə danışması önəmli deyil. “Bilmirəm, kim nə deyib. Lakin Ttavuş rayonunda sərhəddi Ermənistan hərbçiləri qoruyur. Və ora Ermənistanın dövlət sərhəddidir”.

Sünik və Geqarkun rayonları barədə danışan Çobanyan qeyd edib ki, Azərbaycan Ordusu həmin ərazilərdən də geri çəkilməlidir. “Bunun üçün hamımız bir olmalı, hamımız sözdən əmələ keçməliyik”.

Xatırladaq ki, Ermənistanın Tavuş rayonunda Qqazax rayonuna aid 7 kənd var. Onlar hələ 1990-cı ilin əvvəllərində Ermənistan tərəfindən işğal olunub. Hazırda Azərbaycan tərəfi həmin kəndlərin geri qaytarılması üçün İrəvanın qarşısına şərt qoyub.

P.S. Nazirin soyadından da məlumdur ki, adam siyasəti nə qədər bilir. Çobanyan ki, Çobanyan…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button