Cəmiyyət
Araik “sərəncam” verməyə davam edir: bu dəfə “FHN”i “DİN”ə “birləşdirib”
Qarabağdakı erməni terrorçularının rəhbəri Araik Arutyunyan “sərəncam” verməyə davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə Arayik hətta “fərman” belə imzalayıb.
Belə ki, o, qondarma “DQR”in “Fövqəladə Hallar Nazirliyi” ilə “Daxili İşlər Nazirliyini” “birləşdirib”. Bundan sonra “FHN” “polisin” tərkibində fəaliyyət göstərəcək.
P.S. Araik Arutyunyanın belə addımlar atmasın təəccüblü deyil. Ona görə ki, “adam” özünü gözə soxmağa çalışır. Üstəlik, bəzi tərəflərə “DQR”in “yaşadığını” göstərmək istəyir.
Rəsmi Bakının bu məsələlərə reaksiya verməməsi isə olduqca təəccüblüdür. Görünür, Azərbaycan tərəfi Arayiki ciddi qəbul etməməklə yanaşı, həm də onun etdiklərinin heç nəyi dəyişməyəcəyini yaxşı bildiklərindən reaksiya göstərmirlər.