Qarabağ qazisi Elvin Hüseynov YAŞAT Fonduna rəhbər təyin edilib. Bu barədə yanvarın 8-də Elvin Hüseynov məlumat verib.
“ASAN məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.
Komandanın üzvləri aşağıdakılardır:
Elşad Haşımov Bahadır oğlu (Qarabağ qazisi); Nəbi Şükürov Balakişi oğlu (Qarabağ qazisi); Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu); Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu); Əliağa Zeynalov Əsgərağa oğlu (Qarabağ qazisi); Suma Qubadbəyli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı); Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı); Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı); Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu).
APA