CəmiyyətManşet

Şəhid ailələrinə 4700 mənzil ayrılıb

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, söhbət 4 700-ə yaxın mənzilli qəsəbələrdən və yaşayış kompleksindən gedir: “Həmin mənzillər Bakı, Sumqayıt, Abşeron, eləcə də Samux və Lənkəran rayonu ərazisində inşa olunub. Həmin mənzillər artıq istifadəyə hazırdır. Eyni zamanda, evlər sosial texniki infrastrukturla təchiz edilib. Yəni mənzillər tam olaraq yaşam üçün hazır vəziyyətdədir”.
Sədr müavini qeyd edib ki, mənzillərin paylanma mexanizmi ƏƏSMN-in səlahiyyətindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button