ABŞ İsrailə hərbi dəstək göndərir
“İnsider” nəşri xəbər verir ki, İsraildəki müharibənin ölkə hüdudlarından kənara yayılmaması üçün ABŞ Şərqi Aralıq dənizi bölgəsinə patrulluq etmək üçün F-35 və F-15 qırıcıları göndərəcək.
JAMAZ.İNFO həmin nəşrə istinadən bildirir ki, yerləşdirmə İsrailin HƏMAS-a müharibə elan etməsindən sonra ABŞ-ın yaxın müttəfiqinə dəstək nümayişidir.
Təyyarələrin yerləşdirilməsi ABŞ-ın İsrail sahillərinə özünün ən müasir təyyarədaşıyan gəmisini və ağır silahlı zərbə qrupunu göndərəcəyinə əlavə olaraq baş verəcək. “Biz həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin bölgədəki F-35, F-15, F-16 və A-10 döyüş təyyarələrinin artırılması üçün addımlar atmışıq”, – deyə müdafiə naziri Lloyd J. Ostin bildirib. .
Adını açıqlamayan rəsmi isə CNN-ə bildirib ki, Müdafiə Nazirliyi hələlik rəsmi rəqəm açıqlamasa da, bölgəyə təxminən 20-25 döyüş təyyarəsi göndərəcək. Qruplara müharibənin genişlənməsini cilovlamaq və mümkün “İran təcavüzü”nün qarşısını almaq tapşırılacaq.