“Azərbaycanın Qarabağda keçirdiyi son əməliyyatlardan sonra yeni reallıq yaranıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Beynəlxalq Böhran Qrupunun (ICG) Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyan “Kommersant”a müsahibəsində deyib.
O bildirib ki, Xankəndidəki xunta rejimi artıq kapituliyasiyanı qəbul edib. “Xankəndidəki hakimiyyət artıq təslimiyyəti qəbul edib. İndi bütün diqqət iki mövzuya yönəlib: üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi və Qarabağda humanitar problemlərin həlli. Oradakı insanlar qəti qərar verə bilmirlər. Yəni, qalsınlar, yoxsa getsinlər”.
O, əmindir ki, toqquşmaların qarşısını almaq mümkün olsa və Azərbaycan yerli sakinləri qala biləcəklərinə inandırsa (yəni etnik təmizləmə olmayacaq vədi verilsə), o zaman Bakı və İrəvan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya biləcəklər. Lakin Vartanyan deyir ki, hələlik həll olunmamış çoxlu məsələlər var: “Silahsızlaşdırmanın və yerli hakimiyyət orqanlarının ləğvinin necə baş tutacağı bəlli deyil. Müqavilələrin icrasına kim cavabdeh olacaq? Hələ ki, biz Bakının öz rəhbərliyini təyin edib-etməyəcəyini və yerli ictimaiyyətlə bağlı olub-olmayacağına aydınlıq gətirdiyini görməmişik. Yeni rəhbər yerli şəxs olacaq, yoxsa “gəlmə”?”