Cəmiyyət

Akif Çovdarovun əmlakları müsadirə edildi

Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Apellyasiya Məhkəməsində qərar qəbul edilib. JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi keçirilən iclasda qərar qəbul edib.
Qərara əsasən, Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.
Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.
Dövlət başçısının sərəncamı ilə Akif Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
Bundan sonra eks general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button