Sosial

Sürücülərin nəzərinə! – Bu yol təmirə bağlandı

Köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsi təmir və bərpa işləri ilə əlaqədar olaraq bağlanıb.

Bu barədə Jamaz.info “Report”a istinadən xəbər verir.

Məlumata görə, təmir-bərpa işləri magistral yolun Biləsuvar şəhərinin kənarından keçən hissəsində aparılır.

Bu səbəbdən də cənub istiqamətində hərəkət edən avtomobillər alternativ yol kimi yalnız Biləsuvar şəhərinin mərkəzi küçəsindən istifadə edirlər.

Qeyd edək ki, köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvardan keçən hissəsi bir müddətdir bərbad vəziyyətə düşüb. Hələ ötən il yola döşənmiş asfalt örtüyünün dağılması ilə bağlı müvafiq qurumlara bir neçə dəfə məlumat verilib.

Bir neçə il əvvəl yeni Ələt-Astara-İran magistral yolunun istifadəyə verilməsi ölkəmizin cənub rayonlarından paytaxta doğru hərəkət edən nəqliyyat vasitələrinin köhnə Ələt-Astara yolunda hərəkətini minimuma endirib. Amma bununla yanaşı köhnə yol Biləsuvar və ətraf rayonlardan nəqliyyat axınını həyata keçirən magistral olaraq qalır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button