ManşetÖlkə içi

Sabahdan Qarabağ erməniləri işıqsız qalacaqlar: Sərsəngin suyu quruyub

Sabahdan etibarən Qarabağda yaşayan erməni əhalisinə elektrik enerjisinin verilməsi ilə bağlı yeni qrafikə keçiləcək. JAMAZ.İNFO xəbər verir ki, separatçıların nümayəndəsi bunu elektrik enerjisi çatışmazlığı ilə izah edib.

Bildirilib ki, Sərsəng Su Anbarinda suyun səviyyəsinin kəskin azalması səbəbində elektrik stansiyalar artıq öz gücü ilə işləyə bilmir. Ona görə də, sabahdan etibarən Xankəndi, Əsgəran, Xocavənd və Ağdərədə yaşayan erməni sakinlər gündə üç dəfə elektrik kəsintisi ilə yaşamalı olacaqlar. Hər bir kəsinti isə 2 saat davam edəcək. Yəni, sutkada 6 saat elektrik enerjisi olmayacaq.

Xankəndidəki mənbələr isə erməni mediasına bildirib ki, bu başlanğıcıdır. Onların sözlərinə görə, yayda elektrik kəsintiləri günlük 6 saatdan 12 saata qədər qaldırılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button