Dünya

Tokayev Rusiyanı “topa tutdu”: “Moskva ilə heç bir siyasi inteqrasiyaya getmək fikrimiz yoxdur”

“Ruysiya prezidenti Vladimir Putinə bildirdim ki, Qazaxıstanın yeni Sovet İttifaqına qoşulmaq və ya qurmaq niyyəti yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi İttifaqının iclasında çıxışı zamanı deyib.

Tokayev Aİİ-ni tənqid edib. O həmçinin həmçinin Moskva ilə siyasi inteqrasiya istəmədiyini açıqlayıb.

Tokayev İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında deyib ki, Qazaxıstan Aİİ-yə müstəsna olaraq iqtisadi blok kimi baxır və onun daxilində istənilən inteqrasiya ilk növbədə iqtisadi xarakter daşımalıdır. “Burada bir incə məqamı da var. İttifaq faktiki olaraq iki yerə bölünüb. Biri vahid siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta, mədəni və humanitar birliyə malik, vahid ittifaq dövləti olan Rusiya Federasiyası və Belarusdur. İkinci hissə Qazaxıstan, Qırğızıstan və Ermənistandır ki, bizim üçün inteqrasiya səviyyəsi fərqlidir”.

Tokayevin sözlərinə görə, Aİİ-də iqtisadi inteqrasiya əvvəlki razılaşmaların pozulması ilə baş verir. O bildirib ki, birliyin yaradılması “dörd azadlıq”ın həyata keçirilməsi kimi elan edilsə də, mütəmadi olaraq qarşılıqlı maneələr və məhdudiyyətlər yaranan çoxlu faktlarla müşayət olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button