GündəmManşet

Şoyqu: “Qərb Qafqazda sabitliyi pozmaq üçün Əfqanıstandakı dəstələrdən istifadə edəcək”

“NATO Şərqi və Mərkəzi Avropada öz qruplaşmalarını qurmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir”. JAMAZ.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

O iddia edib ki, Qərb Ukraynada müharibənin uzanmasının əsas səbəbkarıdır. “Qərb ölkələri Ukrayna hakimiyyətini döyüş meydanında taktiki uğurlar nümayiş etdirməyə vadar edir, ölkəni silahla doldurur, bu da münaqişənin genişlənməsinə gətirib çıxarır və uzadır”.

Şoyqu Qarabağ məsələsinə də toxunub. O deyib ki, Qaərb rus sülhməramlı missiyasını gözdən salmağa çalışır. “Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. ABŞ regionda sabitliyi pozmaq üçün Əfqanıstandakı qeyri-qanuni silahlı birləşmələrdən istifadə etmək niyyətindədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button