CəmiyyətManşet

Güneydə zəlzələ: ölən yoxdur, yaralı sayı 18 nəfərdir

Dünən axşam saatlarında Güney Azərbaycanın bir neçə şəhərində güclü zəlzələ olub. JAMAZ.İNFO xəbər verir ki, təkanların episentri Xoy şəhərinin yaxınlığında qeydə alınıb və titrəyişlərin gücü 5.9 bal təşkil edib.

Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar Xidmətinin yaydığı xəbərə görə, hadeisə nəticəsində dağıntı qeydə alınsa da, insan təlafatı olmayıb. Əsasən Sərab şəhərində yaralılar var. Onların sayı 18 nəfərdir. Yaralılar ambulator müalicə alaraq, evlərinə buraxılıb.

Bildirilir ki, Sərabın 12 kəndində evlərdə çatlar əmələ gəlib. Belə ki, Dəməncan , Taşkənd, Asbfaroşan , Zərin Manastırı, İmam Çai və Şalqoun kəndlərində 50 evdə köhnə tikili səbəbindən divarda çatlar əmələ gəlib.

Miyana şəhərinin ətrafında da tikililərdə çatlar qeydə alınıb. Məntəqənin Kəscin, Oşlar, Barzlıq, Qışlaq Barzlıq, Üç Həlim kəndlərində evlərdə çatların olması təsdiqlənib.

Təbrizdə isə dağıntı olmasa da, zəlzələ səbəbindən insanlar evlərini tərk ediblər. Onlar şəhərin parklarında gecələməli olublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button