Rus qoşunları geri çəkilir – Səbəb…
Britaniya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Baxmutda irəliləyişindən və rus qoşunlarının çıxarılmasından danışıb.
Jamaz.info xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin mayın 13-də hazırladığı kəşfiyyat icmalında Ukrayna qüvvələrinin Baxmutun cənub hissəsində ən azı bir kilometr ərazini geri aldığı, rus qoşunlarının isə geri çəkildiyi qeyd olunub.
Vurğulanır ki, bu ərazi Donetsk-Donbass kanalının qərb tərəfində müəyyən taktiki əhəmiyyətə malikdir.
“72-ci motoatıcı briqada Rusiyanın 3-cü Ordu Korpusunun bir hissəsidir, 2023-cü ilin payızında yaradılmış və aşağı əhval-ruhiyyə və məhdud döyüş qabiliyyəti ilə bağlı iddialarla üzləşib. “Onun belə mürəkkəb və əməliyyat baxımından vacib sektorda yerləşdirilməsi Rusiyada etibarlı döyüş hissələrinin kəskin çatışmazlığını vurğulayır”, – icmalda qeyd olunur.
Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri, polkovnik Sergey Çerevatı mayın 12-də Baxmut istiqamətində düşmənin tükənməsi əlamətlərini açıqlayıb.(publika)