Dünya

Avropa İttifaqı Peqovu “qara siyahı”ya salır

Avropa İttifaqı (Aİ) Ukrayna müharibəsi ilə bağlı saxta məlumat yaydıqlarına görə Rusiya Federasiyasından olan 12 şəxsə və üç media qurumuna sanksiya tətbiq etməyə hazırlaşır.

Jamaz.info xəbər verir ki, bu barədə “EUobserver” nəşri məlumat yayıb.

Bildirilib ki, sanksiyalar siyahısına Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının fəxri sədri Sergey Karaqanov və WarGonzo layihəsinin müəllifi Semyon Peqovun da daxil edilməsi planlaşdırılır.

Bundan əlavə, Avropa İttifaqı öz ərazisində “Oriental Review” portalını, həmçinin “RT Balkan” və “Tsargrad” telekanallarının yayımını qadağan etmək niyyətindədir.

Qeyd olunub ki, Avropa Komissiyası Xaricdə Yaşayan Həmvətənlərə Dəstək və Hüquqlarını Müdafiə Fonduna da sanksiya tətbiq etməyi təklif edir. Qara siyahıda Krasnoyarsk vilayətinin qubernatorunun oğlu da yer ala bilər.

Xatırladaq ki, Semyon Peqov İkinci Qarabağ müharibəsi dövründə təxribatçı fəaliyyətilə tanınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button