Dünya

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi – Baş Prokurorluq

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.
Bu barədə “Sputnik Ermənistan”a Respublika Baş Prokurorluğundan məlumat verilib.
Bir qədər əvvəl Prokurorluq Vigen Sarkisyana qarşı ittiham irəli sürüldüyünü bildirmişdi. İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi onun həbsi barədə vəsatəti qiyabi olaraq təmin edib.
Sarkisyan 2018-ci ildən ABŞ-dadır.
2016-2018-ci illərdə nazir vəzifəsini tutmuş keçmiş müdafiə idarəsinin rəhbəri müstəntiqlərin fikrincə, hərbçilərə mənzillərin bölüşdürülməsində sui-istifadələrə yol verib. Onlar üçün İrəvanın Ajapnyak rayonunda (Hasratyan küç. 25/6) bina tikilib. Sərkisyan 71 mənzilin bölüşdürülməsi ilə bağlı qərar verməli idi.
2018-ci ilin yanvarında Sarkisyan Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyasının üzvlərinə bu mənzillərdən 26-sının növbə siyahısında olmayan (nazir onları şəxsən özü seçib) hərbçilərə, habelə daha 3 mənzilin hərbi qulluqçu olmayan həmin şəxslərə ayrılmasını tapşırıb.
Sabiq nazir Baş Prokurorluğun ittihamlarına cavab verərək, strukturu mənzil alan şəxslərin siyahısını, eləcə də bu imkandan məhrum olanların adlarını dərc etməyi tələb edib.
Xatırladaq ki, fevralın 8-də Ermənistanın Baş Prokurorluğu Sarkisyana və Ermənistan Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyasının 5 üzvünə (vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə görə) qarşı cinayət təqibinin başlanması barədə qərar qəbul edib.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button