Ölkə içi

Bələdiyyələrin dotasiya problemi: Ala bilməyənlərin günahı nədir?

“Yəqin ki, dotasiyanı verənlərlə alanlar arasında hansısa maraqlar var və bu da hər dəfə dotasiyaların eyni bələdiyyələrə verilməsinə səbəb olur”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Hafiz Həsənov Milli Məclisin deputatı Siyavuş Novruzovun dotasoyaların həmişə eyni bələdiyyələrə verilməsilə bağlı iradına münasibət bildirərkən deyib. Hüquqşünasın fikrincə, bu fakt qanunun tələblərinin pozulmasıdır:
“Qanunun tələbinə uyğun olaraq, əslində bütün bələdiyyələrə eyni qaydada dotasiyalar verilməlidir. Amma dotasiyalar hər il eyni bələdiyyələrə verilirsə, ondan heç də bütün bələdiyyələr yararlana bilmirsə, bu, qanundan irəli gələn tələblərin pozulması, ayrıseçkilikdir. Həmçinin prosesdə korrupsiya əlamətinin olmasının göstəricisidir. Yəqin ki, dotasiyanı verənlərlə alanlar arasında hansısa maraqlar var və bu da hər dəfə dotasiyaların eyni bələdiyyələrə verilməsinə səbəb olur. Dotasiyalar adətən, dövlət büdcəsindən ayrımalardan formalaşır. Bu ayrılmalar da birbaşa Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov dotasiyaların həmişə eyni bələdiyyələrə verildiyini bildirib. “Bunu kim müəyyənləşdirir, necə olur həmişə eyni bələdiyyələrə ayrılır?! Baxırsan 10 il ardıcıl olaraq dövlətin ayırdığı dotasiyaları eyni bələdiyyələr alır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button