Siyasət
Paşinyan razılaşdı: Ermənistanda Azərbaycana qarşı şöbə yaradılır
Ermənistan Milli Elmlər Akademiyasında Azərbaycanla bağlı xüsusi şöbə yaradılır.
Jamaz.info xəbər verir ki, bu barədə Ermənistan MEA-nın prezidenti Aşot Saqyan deyib.
Bu addımın atılmasına səbəb Qərbi Azərbaycan İcmasının fəaliyyəti və Azərbaycan dövlətinin icmaya dəstəyidir.
A.Saqyan tarix, şərqşünaslıq, arxeologiya və etnoqrafiya institutlarının potensialı əsasında xüsusi şöbənin yaradılması üçün Ermənistanın baş nazirinə müraciət etdiklərini və razılıq aldıqlarını deyib.
Onun sözlərinə görə, bu şöbə Azərbaycana qarşı mübarizə aparacaq, xüsusilə informasiya müharibəsində aktiv olacaq.(publika)