Ölkə içi

Azərbaycanda Ukrayna məktəbi fəaliyyətə başladı

Azərbaycanda Ukrayna şənbə günü məktəbi fəaliyyətə başlayıb.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a Ukraynanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gündən etibarən 5-9 yaşlı ukraynalı uşaqlardan ibarət birinci qrup “Mriya” təhsil məkanında Ukrayna dilini, tarixini, mədəniyyətini, Ukrayna xalqşünaslığını peşəkar şəkildə öyrənəcək.

Layihə Bakıdakı Ukrayna Mərkəzi və Luqansk vilayəti diplomdan sonrakı pedaqoji təhsil institutunun sosial-humanitar fənlər və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Yelena Korotkova ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

Açıq dərs zamanı Ukraynanın Azərbaycandakı səfirinin xanımı Lyudmila Qrebeniçenko ukraynalı uşaqları təhsil prosesinin başlanması münasibətilə təbrik edib, onlara biliklər diyarına maraqlı səyahət zamanı uğurlar və parlaq emosiyalar arzulayıb.

Xatırladaq ki, məhz 60 il əvvəl Kiyevdə Ukrayna dilinin mədəniyyəti məsələləri üzrə respublika konfransı keçirilib və iştirakçılar Ukrayna dilinə dövlət dili statusunun verilməsi tələbi ilə yuxarı instansiyalara müraciət ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button